İran-İraq sərhədində ZƏLZƏLƏ OLDU
16 Mart 2023 23:26 Dünyaİran-İraq sərhədində 5,1 bal gücündə zəlzələ baş verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri İranın Sənəndəc şəhərindən 76 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31