Ceyms Kleverli Gürcüstana səfərə GƏLDİ

Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf üzrə dövlət katibi Ceyms Kleverli Gürcüstana səfərə gəlib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında onu Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancalia qarşılayıb.

Tərəflər iki günlük səfər çərçivəsində keçiriləcək görüşlər və planlaşdırılan tədbirlər barədə danışıblar. Səfər zamanı Ceyms Kleverli gürcüstanlı həmkarı İlya Darçiaşvili və Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31