"Böyük Britaniyanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk!” - Zelenski
16 Mart 2023 22:10 DünyaUkrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Baş naziri Rişi Sunakla cəbhədəki vəziyyət, Baxmutun müdafiəsi ilə bağlı müzakirə aparıb.
Olaylar.az xəbər verir ki, bu barədə V.Zelenski Teleqram səhifəsində yazıb.
"Rişi Sunakla yaxşı söhbətimiz oldu. Cəbhədəki situasiya, Baxmutun müdafiəsi ilə bağlı məlumatlandırdım. Ən son beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi apardıq. Həmişə olduğu kimi, Ukraynaya müdafiə və iqtisadi dəstəyin gücləndirilməsi ilə bağlı konkret nəticələrimiz var. Biz Böyük Britaniyanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk!" - deyə Ukrayna prezidenti bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31