"Biz onu təlxək kimi dinləməyə başladıq"

Ukrayna Prezidenti Vladimir Zelenski kloundur, onun çıxışları isə klounadadır.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd Rusiya mediasına müsahibəsində deyib.

"Onun haqqında heç nə bilmirdim. Biz onu təlxək kimi dinləməyə başladıq. Onun sitatları təlxəkliyə bənzəyir - ümumiyyətlə, onun hətta siyasətdə də özünü komediya aktyoru kimi aparması xoşumuza gəldi. Vəziyyəti şənləndirmək, bizi güldürmək üçün hərdən bu cür təlxəklərə ehtiyacımız var idi", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31