Səudiyyə Ərəbistanından İran AÇIQLAMASI

Səudiyyə Ərəbistanı ərazisi İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiyə" adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

"Gələcəkdə də Səudiyyə ərazisi İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək", - deyə bildirilib.

Məlumata görə, Ər-Riyad və Tehran İraq və Livandakı situasiya ilə bağlı geniş razılığa gələ bilməyiblər.

Qeyd edək ki, martın 10-da İran və Səudiyyə rəsmiləri Pekində iki ölkə arasında diplomatik münasibətlərin bərpası ilə bağlı ilkin razılığa gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31