ABŞ İsveçrəni silahlarının Kiyevə təkrar ixracına icazə vermək üçün şantaj edir - ÖZƏL

"Vaşinqton Berni neytrallıq siyasətindən əl çəkməsi və Ukraynaya silahlarının təkrar ixracına icazə verməsi üçün şantaj edir".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Diplomat ABŞ-ın İsveçrədəki səfiri Scott Millerin Rusiyanın Bern tərəfindən silahların təkrar ixracına qoyulan qadağasından faydalandığına dair açıqlamasına işarə edərək, İsveçrənin neytrallığını iddia edə bilməyəcəyini və bir və ya hər iki tərəfin öz qanunlarından yararlanmasına icazə vermədiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31