İrandan Türkiyəyə 630 kiloqram narkotik keçirilməsinin qarşısı alındı - ÖZƏL

İrandan Türkiyəyə 630 kiloqram narkotik keçirməyə çalışan narkotacir saxlanılıb.
"OLAYLAR" haber7.com-a istinadən bildirir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Məlumatda bildirilib ki, əməliyyat Hakkarı vilayətində jandarma qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib və iranlı narkotacir saxlanılıb.
Narkotacirin Türkiyədə əlaqədə olduğu şəxslər barədə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31