Əksər avropalılar Rusiyanı öz ölkələrinin “düşmən”i kimi görürlər- ÖZƏL
16 Mart 2023 16:33 DünyaAvropa ölkələrinin sakinləri ümumiyyətlə Rusiyaya öz dövlətlərinin "rəqibi" və kimi baxırlar. Xarici Əlaqələr üzrə Avropa Şurasının sorğusuna əsasən, bu fikri on Avropa ölkəsi vətəndaşlarının 66%-i bölüşür. Sorğuda Böyük Britaniya, Almaniya, Danimarka, Polşa, İspaniya, İtaliya, Fransa, Portuqaliya, Rumıniya və Estoniya sakinləri iştirak edib. Moskvaya münasibətdə ən "düşmən" mövqeləri danimarkalılar - 82%-i, estonlar - 79%-i, polyaklar - 79%-i, ingilislər - 77%-i və almanlar - 69%-i tutur. Eyni zamanda, respondentlər Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatı fonunda Avropa İttifaqının gücləndiyini düşünürlər. Avropalıların 49%-i bu mövqeyə sadiqdir və respondentlərin yalnız 32%-i assosiasiyanın zəiflədiyini görür. Daha əvvəl bildirilmişdi ki, amerikalıların Rusiyanı bəyənməsi 1989-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.