Türkiyə ilə İsrail münasibətləri yenidən gərginləşir- ÖZƏL

Son illərdə münasibətlərin donma nöqtəsinə çatdığı Türkiyə-İsrail xəttində son vaxtlar başlayan normallaşma səyləri davam edərkən, narahatlıq yaradan bir hal yaşandı. İsrailin üçüncü böyük şəhəri olan Hayfa bələdiyyəsinin iki ay əvvəl "qondarma erməni soyqırımı"nı qəbul etməsindən sonra 1915-ci il hadisələrində həyatını itirənlərə abidə qoyulması qərarı Ankarada böhran yaradıb. İsrail mediası Türkiyənin İsrailə yeni təyin olunmuş səfiri Şakir Özkan Torunların İsrailin Mədəniyyət və Diqqət Naziri Miki Zohara məktub göndərərək, məsələ ilə bağlı narahatlığını bildirib. İsrailin ən çox oxunan qəzetlərindən biri olan Yedioth Ahronotda çıxan xəbərdə Zoharın məktuba cavab vermədiyi və İsrail Xarici İşlər Nazirliyinə göndərdiyi bildirilib. Yerli mətbuatda yer alan xəbərlərdə də bildirilib ki, "Türkiyə bu abidənin inşasında israr etsə, Ankaraya bu vəziyyətin yerli hakimiyyətlə bağlı olduğu və müdaxilə edə bilməyəcəkləri deyiləcək". 

Həmçinin bildirilib ki, Hayfa Şəhər Şurasının 2 ay əvvəl qəbul etdiyi qərara əsasən, abidə Ben Qurion bulvarında tikiləcək. Petah Tikva adlı şəhərdən sonra Hayfa qondarma erməni soyqırımının tanındığı ikinci şəhər oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31