ABŞ-dan bütün qitəyə TikTok qadağası təhdidi- ÖZƏL
16 Mart 2023 15:31 DünyaABŞ hökuməti Çinin video paylaşma tətbiqi TikTok-un satılmayacağı təqdirdə ölkədə mümkün qadağa ilə üzləşəcəyini açıqlayıb. Çinin Bytedance şirkətinə məxsus proqram milyonlarla insana məxsus məlumatlara çıxışı sayəsində milli təhlükəsizliyə təhlükə yaratmaqda ittiham olunur. İlk dəfə Wall Street Journal-da çıxan xəbərə görə, ABŞ tətbiqin əl dəyişdirməsi lazım olduğunu, əks halda ölkədə qadağa ilə üzləşə biləcəyini açıqlayıb. TikTok sözçüsü, xəbərin şişirdildiyini və praktikada "satılmanın" nə demək olduğunun aydın olmadığını bildirdi. "Məqsəd milli təhlükəsizliyi qorumaqdırsa, sərəncam vermək problemi həll etmir. Sahibliyin dəyişməsi məlumat axınına və ya girişə hər hansı yeni məhdudiyyət qoymur", - deyə sözçü bildirib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31