Rus casus şəbəkəsi zərəsizləşdirildi
16 Mart 2023 14:32 DünyaPolşada rus casus şəbəkəsi zərəsizləşdirilib.
Olaylar.az xəbər verir ki, Polşa Müdafiə Naziri Mariuş Blaşek bu gün KİV-lərə verdiyi bayanatda ölkənin xüsusi xidmət orqanları tərəfindən rus cəsus şəbəkəsinin zərəsizləşdirilidiyini bildirib.
Gələn xəbərlərə görə 6 nəfər xarici vətəndaş şübhəli qismində həbs edilib. Həbs edilən şəxslərin nəqliyyat yollarında kəşfiyyat apardıqları bildirilir. Bu şəbəkənin nəqliyyat qovşaqlarında dəmir yollarında körpü və hava limanlarında təxribat hazırlığında olduğu müəyyən edilib. Qrupun əsas olaraq Ukrayna sərhədinin yaxınlığındakı Jeşuv havaalanını hədəf aldığı gələn xəbərlər sırasındadır.
Qeyd edək ki, bu hava limanı Qərb ölkələri tərəfindən Ukraynaya göndərilən hərbi və humanitar yardımlar üçün istifadə olunur.