Səfir Dövlət Departamentinə çağırılmasından danışdı

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Qara dənizdə baş verən insidentlə əlaqədar Dövlət Departamentinə çağırılmasından danışıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, rus səfir Dövlət Departamentinin əməkdaşları ilə görüşün hörmət çərçivəsində keçdiyini bildirib.

"Heç kim ayaqqabısını çıxarıb hədələyərək masaya atmadı. Mövqe səsləndirildi və mən də öz növbəmdə ABŞ silahlı qüvvələrinin bu cür təxribatçı hərəkətlərinə necə reaksiya verdiyimizi cavablandırdım", - səfir deyib.

Qeyd edək ki, dünən Rusiyaya məxsus Su-27 qırıcısı Qara dəniz üzərində ABŞ MQ-9 pilotsuz uçuş apartına çırpılıb. Nəticədə PUA dənizə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31