"Bunun özü də olduqca qüsurlu faktdır"

Fransada məktəblərdə hicaba qarşı qadağa patriarxat bir qərardır. Bu qərar yalnız həmin şəxsin seçimindən asılı olmalıdır. Bu qadınlara qarşı çox aqressiv yanaşmadır.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri professor Sahar Aziz "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində "Fransada islamofobiya" adlı aralıq sessiyada deyib.

Onun sözlərinə görə, ABŞ-da belə bir fikirlər var ki, müsəlman azlıqlar şəriət cəmiyyəti qurmaq istəyirlər. Amma müsəlman əhalisi çoxluq təşkil edən ölkələrdə belə şəriət cəmiyyəti yoxdur:

"Fransada müsəlman cəmiyyəti müəyyən siyasi müsəlman qrupları ilə fikirlərinin üst-üstə düşməməsindən əziyyət çəkir. Bunun özü də olduqca qüsurlu faktdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31