İranda axır çərşənbə səbəbindən ölənlərin sayı artıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, İranda Hicri Şəmsi təqvimi ilə ilin sonuncu çərşənbə gecəsində keçirilən "Çərşənbə Suri" mərasimlərində 26 nəfərin həyatını itirdiyi, 4368 nəfərin isə yaralandığı bildirilib. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran Təcili Yardım Mərkəzinin rəhbəri Cafer Miadfer "Çərşənbə Suri" qeyd etmələrində baş verən hadisələr haqqında məlumat verib. Qəzalarda 26 nəfər həyatını itirib, 4 min 368 nəfər yaralanıb. Miadfer ölümlə nəticələnən qəzaların əksəriyyətinin Tehran, Təbriz, Həmədan, Urmiya, Qəzvin və Fars vilayətlərində baş verdiyini və bu il xəsarət alanların ötən illə müqayisədə 22 faiz artdığını bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31