Qazaxıstan parlamenti yenidən formalaşacaq - ÖZƏL
15 Mart 2023 13:25 DünyaQazaxıstanda martın 19-da keçiriləcək parlament seçkiləri ilə ölkə məclisi yenidən formalaşacaq.
"OLAYLAR" trthaber-ə istinadən bildirir ki, parlaemnt seçkiləri ilə yanaşı eyni gündə yerli şura üzvləri seçkisi də olacaq.
Parlament və yerli şura seçkilərində 5 il müddətinə 17 əyalət və 3 böyük şəhərin yerli şuralarında, eləcə də parlamentin aşağı palatasında təmsil olunacaq üzvlər seçiləcək.
Seçkilərdə 7 siyasi partiya və 525 müstəqil namizəd mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31