Hollandiyada əyalət seçkiləri keçirilir - ÖZƏL

Hollandiyada parlamentdəki deputat sayına təsir göstərə biləcək əyalət seçkiləri keçirilir. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, təxminən 13,3 milyon seçicinin qatıldığı səsvermənin nəticələri  Hollandiyanın 12 əyalətində 4 il fəaliyyət göstərəcək yerli şuraların yeni üzvləri müəyyənləşdirəcək.

Səhər yerli vaxtla saat 07:30-da başlayan səsvermə prosesi saat 21:00-da başa çatacaq.

İkili və ya Hollandiya vətəndaşlığı olan 230 minə yaxın türk də seçkidə səs verə biləcək.

Seçkinin nəticələri hökumətin gələcəyinə də təsir edə bilər. Belə ki, nəticələr birbaşa Hollandiya parlamentində partiiyaların deputat sayına da təsir göstərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31