Qara dənizdə gərginlik: Rusiyanın ABŞ-a sərt ittihamı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynanın işğalından sonra ABŞ və Rusiya arasında gərginlik Qara dənizdəki insidentlə pik həddə çatıb. ABŞ-ın Avropa Qüvvələr Komandanlığı (EUCOM) dünən Rusiyanın iki Su-27 təyyarəsinin Qara dənizdə ABŞ-a məxsus MQ-9 Pilotsuz Uçan Aparatına təcavüz etdiyini və təyyarələrdən birinin qəzaya uğramasından sonra MQ-9-un beynəlxalq sulara çırpıldığını açıqlayıb. Hadisəni çox təhlükəli və qeyri-peşəkar adlandıran ABŞ Rusiyanın Vaşinqtondakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrika üzrə komandanı general Ceyms B. Hekker, "MQ-9 təyyarəmiz beynəlxalq hava məkanında Rusiya təyyarəsi tərəfindən vurulduğu zaman adi əməliyyatlar həyata keçirirdi" deyib. ABŞ-ın müttəfiqi Britaniyanın müdafiə naziri Ben Uolles də Rusiyanı beynəlxalq hava məkanına hörmətlə yanaşmağa çağıraraq Vaşinqtonu dəstəkləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31