Səudiyyə Ərəbistanı bu ölkələrə neft satmayacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman ölkəsinin neft ixracatına tavan qiymət tətbiq etmə ehtimalının olduğunu ifadə edərək, "Bizim tədarükümüzə bunu tətbiq edən heç bir ölkəyə neft satmayacağıq" deyib.. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, energetika naziri Bin Salman Energy İntellengence saytına açıqlama verib. Ölkəsinin neft hasilatını azaldacağını deyən Bin Selman, "Başqa ölkələrin də belə etsə, təəccüblənmərəm" ifadəsini işlədib. Bin Selman "NOPEC" qanun layihəsi ilə tavan qiymət tətbiqinin genişləndirilməsi arasında böyük fərq olduğunu bildirərək, bunun neft bazarına potensial təsirlərinin oxşar olduğunu vurğulayıb. "Biz bunu tədarükümüzə tətbiq edən heç bir ölkəyə neft satmayacağıq. Bu cür siyasətlər aydınlıq və sabitliyin çox tələb olunduğu bir vaxtda yeni risklər və daha çox qeyri-müəyyənlik yaradır. Bir daha təkrar edirəm ki, bu cür siyasətlər istər-istəməz bazarın qeyri-sabitliyini və dəyişkənliyini artıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31