"Bu təhlükəli və qeyri-peşəkarlığın göstəricisidir"
14 Mart 2023 23:36 DünyaQara dənizdə baş verən insident barədə ABŞ Prezidenti Co Bayden məlumatlandırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O, baş verən olayı təhlükəli və qeyri-peşəkarlığın göstəricisi adlandırıb.
Kirbinin sözlərinə görə, Qara dənizdə Rusiya təyyarələrinin ABŞ uçan aparatlarını sıxışdırması ilk hal olmasa da, bu hadisə xüsusi diqqət tələb edir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31