Kahramanmaraşda 4,9 bal gücündə daha bir zəlzələ olub

Bu gün Türkiyənin Kahramanmaraş vilayətində daha bir zəlzələ baş verib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, 5.34 km dərinlikdə qeydə alınan zəlzələ 4,9 bal gücündə olub.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31