Türkiyə taxıl müqaviləsinin uzadılmasını alqışlayır - ÖZƏL

"Türkiyə taxıl müqaviləsinin daha bir müddətə uzadılmasını alqışlayır və bunu bütün böhranların xoşməramlı və dialoq yolu ilə həllinin mümkünlüyünü sübut edən mühüm təşəbbüs hesab edir".

Olaylar.az xəbər verir ki, bu Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"Türkiyənin milli müdafiə naziri Hulusi Akar və müvafiq orqanlar, tərəflərin tələbləri nəzərə alınmaqla, taxıl müqaviləsinin fəaliyyətinin davam etdirilməsi və razılaşmaya uyğun olaraq uzadılması üçün danışıqlar və koordinasiya işlərini davam etdirir. Bu danışıqlarda tərəflərə bütün dünyada bəşəriyyətə müsbət təsir göstərən və bütün böhranların xoşməramlı və dialoqla həll oluna biləcəyini sübut edən bu təşəbbüsün davam etdirilməsinin vacibliyi xatırladılır" - bəyanatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31