İqlim böhranı ilə bağlı qorxulu araşdırma- ÖZƏL

Olaylar.az xəbər verir ki, yeni araşdırmaya görə, son 20 ildə həm quraqlıq, həm də daşqınlar artıb, çünki qlobal temperatur rekord səviyyəyə yüksəlib.

CNN-in hesabatına görə, NASA alimlərinin yeni araşdırması, getdikcə daha tez-tez baş verən, geniş yayılmış və intensiv olan quraqlıq və daşqınların iqlim böhranı ilə əlaqəli olduğunu ortaya çıxarıb. Araşdırmada iqlim böhranı sürətləndikcə bu cür fəlakətlərin artacağı bildirilib.

20 illik peyk görüntelərinə baxıldı

Tədqiqatın aparıcı müəllifi Metyu Rodell NASA-nın 2002-ci ildən 2021-ci ilə qədər olan 20 illik peyk məlumatlarına baxaraq, Yer kürəsində su ilə bağlı ekstremal hadisələrin ölçüsünü, müddətini və şiddətini təhlil edib. Bu çərçivədə 505 ekstremal yağış hadisəsi və 551 ekstremal quraqlıq hadisəsi araşdırılıb ki, bunların təxminən 70 faizi altı ay və ya daha az, təxminən 10 faizi isə bir ildən çox davam edib. Alimlər 2015-ci ildə rekord temperatur tendensiyası başlayandan bu ekstremal hadisələrin intensivliyi və tezliyinin artdığını aşkar ediblər.

"Biz bunun qlobal istiləşmə ilə əlaqəli ola biləcəyini düşündük, çünki bilirik ki, son 7 ildə ən yüksək temperatur qeydə alınıb". Araşdırmada bu qənaətin doğruluğunu təmin etmək üçün təhlillər etdiklərini ifadə edən Rodell, təhlillər nəticəsində iqlim böhranının təsirlərinin digər təbii göstəricilərdən daha güclü olduğunu təsbit etdiklərini söylədi. Rodell, araşdırmanın insanlara qlobal temperaturun hər kiçik artımının vacib olduğunu və dünyanı istiləşdirən çirklənmənin artmasının qarşısını almaq lazım olduğunu başa düşməyə kömək edəcəyinə ümid etdiyini söylədi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31