Çin Putinlə Zelenski arasında dialoq yaratmağa çalışır - ÖZƏL

"Qlobal iqtisadiyyatdan sonra siyasətdə də  Çin effekti yavaş -yavaş özünü göstərməyə başlayır. "Tək kəmər, tək yol" lahiyəsi ilə qlobal siyasətin gündəmində geniş yer almağa başlayan Pekin bu günlərdə ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistan ilə Vaşinqtonun düşməni İran arasındakı münasibətləri normallaşdırmaq üçün vasitəçilik edir".

"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Nazim Cəfərsoy deyib ki,  bundan başqa Çinin Rusiya ilə Ukrayna arasında bir vasitəçilik təşəbbüsünə hazırlandığı xəbərləri gəlir: "Xatırladaq ki, Zelenski Çini fəal olmağa dəvət etmiş, Pekin də 12 maddəlik Ukrayna sənədi açıqlamışdı. Çin liderinin Zelenski və Putin arasında bir diyaloq yaratmaq  cəhdində olduğu bildirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31