Türkiyədə zəlzələdə həlak olanların sayı 48 448-ə çatıb
13 Mart 2023 22:03 DünyaTürkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu mətbuat konfransı zamanı deyib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31