Rusiya “Şimal axını”nın təxribatının obyektiv araşdırılmasında israrlıdır – ÖZƏL
13 Mart 2023 16:22 Dünya"Moskva təkid edir ki, "Şimal axını"nın təxribatı ilə bağlı onun iştirakı ilə obyektiv beynəlxalq araşdırma aparılmalıdır".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Vurğulayıram ki, qərəzsiz istintaqın nəticələri ilə təsdiqlənməyən istənilən ittihama etibar etmək olmaz. Ona görə də Moskva Rusiya və digər maraqlı ölkələrin iştirakı ilə obyektiv araşdırma aparılmasında israrlıdır. Bunsuz birtərəfli subyektiv versiyalar səsləndirilir. Terror aktı heç nəyi izah etmir" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31