Matç zamanı 2 futbolçu ildırım vurması nəticəsində həlak olub- ÖZƏL
13 Mart 2023 15:29 DünyaOlaylar.az xəbər verir ki, Keniyada futbol matçı zamanı iki futbolçunu ildırım vurması nəticəsində həyatını itirib. "The Citizen Digital" qəzetinin xəbərinə görə, ölkənin qərb bölgəsindəki Kissi bölgəsində həftəsonu futbol matçı zamanı meydançaya ildırım düşüb. Manyansi-Gianchore futbol klublarının qarşılaşması zamanı baş verən insidentdə hər komandadan bir futbolçu həyatını itirib. Xəsarət alan digər iki futbolçu da Nyamira xəstəxanasında müalicə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31