Çinin baş naziri Vaşinqtonu Pekinlə əməkdaşlığa çağırır - ÖZƏL

"Çin və ABŞ-ın iqtisadiyyatları bir-biri ilə sıx bağlıdır, buna görə də iki ölkə sadəcə əməkdaşlıq etməlidir".

Olaylar.az xəbər verir ki, bunu Çin Dövlət Şurasının Baş naziri Li Qiang bildirib.
"Mən müşahidə etmişəm ki, ABŞ-da bəziləri son illərdə Çinlə əlaqələrin kəsilməsi ilə bağlı müzakirələri qızışdırır. Bəzən mediada bu mövzuya çox diqqət yetirilir. Bununla belə, bundan nə qədər insanın faydalana biləcəyini bilmirəm" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31