Məşhur geoloq zəlzələ ehtimallarını dəyərləndirib- ÖZƏL

Olaylar.az xəbər verir ki, türkiyəli geoloq alim Naci Görür baş verən və ola biləcək zəlzələlər haqqında danışıb.

"Mərmərədə zəlzələlər yaradacaq iki aktiv qol var. Bunlardan biri təxminən 45 kilometr uzunluğunda olan Adalar qoludur. Bu xətt tamamilə qırıldığında 6 saniyəlik  zəlzələ meydana gətirir. Digəri isə Kumburqaz qırılma qoludur.  65 kilometr uzunluqdadır. Qırılmada minimum 7.2 ballıq zəlzələ baş verə bilər. Hər iki xətt eyni zanda qırılarsa, zəlzələnin şiddəti 7.6-a qədər çata bilər". 

Bu bölgələrə diqqət çəkdi

"Kayseridə, Sivasda zəlzələ olsa, bizim üçün təəccüblü olmazdı. İki zəlzələ ilə əlaqədar o bölgələrdəki aktiv xətlərdə hərəkətlənmə ola bilər".

Dənizdə baş verən zəlzələlərə əhəmiyyət vermək düzgün deyil

"Mərmərə dənizində zəlzələlər tez-tez baş verir. Xüsusilə, Mərkəzi Mərmərə xəndəyindən, yəni Silivridən qərbə doğru, Tekirdağda, dənizdə tez-tez zəlzələlər olur. Bu, zəlzələlər əsasən 3 və 4 bal aralığında zəlzələlər olur. Dənizdə baş verən  zəlzələlərin mühüm hissəsi tektonik zəlzələlər deyil. Daha çox dənizin dibindən çıxan təbii qazdan asılıdır. Təbii qaz çıxışları və o bölgədəki fəaliyyət belə zəlzələlər yarada bilər. Buna görə də 4.1 bal gücündə zəlzələyə əhəmiyyət vermək düzgün deyil".

Avropa ilə Anadolunun fərqi

"İstanbulda rayonların gücündən danışırıqsa, Avropa yaxasındakı yerlər zəlzələlərə nisbətən həssasdır. Səbəb geoloji formasiyalardır. Avropa tərəfi zəlzələ baxımından Asiya tərəfinə nisbətən daha problemlidir. Çünki orada geoloji birləşmələr daha gəncdir, zəifdir. Qrunt xassələri baxımından Asiya tərəfinin qruntu oradakı formasiyalara görə geoloji cəhətdən daha möhkəmdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31