Fransada aksiyalar dayanmır: Körpünü bağladılar- ÖZƏL
13 Mart 2023 13:13 DünyaOlaylar.az xəbər verir ki, Fransanın Lill şəhərində mübahisəli pensiya islahatına qarşı tətilə başlayan etirazçılar körpünü bağlayaraq nəqliyyatın hərəkətinə mane olublar.
Fransa mətbuatında yer alan xəbərə görə, səhər saat 08:00-da izdihamlı bir qrup şəhərin əsas girişindəki Turna körpüsünü nəqliyyatın hərəkətinə bağlayıb. Pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahata etiraz edən nümayişçilərin aksiyası səbəbindən səhər saatlarından nəqliyyatda fasilələr yaranıb. Qrupun digər körpülərə doğru irəlilədiyi bildirilir. Əraziyə gələn təhlükəsizlik qüvvələri nümayişçilərdən körpünü açmağı xahiş edib.Yanvarın 19-dan bəri ölkə daxilində mübahisəli islahat əleyhinə çoxsaylı tətillər və etirazlar keçirilir. Martın 9-da islahatın ən mübahisəli maddəsini təsdiqləyən "pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan" Senat martın 12-də islahatın digər maddələrini də qəbul edib.