ABŞ İranla bu razılaşma iddialarını rədd edir- ÖZƏL
13 Mart 2023 11:34 DünyaABŞ İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ABŞ ilə əsirlərin mübadiləsi ilə bağlı razılığa gəldikləri ilə bağlı açıqlamalarının həqiqətə uyğun olmadığını bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Associated Press-ə danışıb. Sözügedən açıqlamalarla bağlı Prays, "Daha bir qəddar yalan. Bu cür yalanlar ailələrin ağrısını artırır. Biz İranda haqsız yerə həbs edilən 3 amerikalının azadlığa çıxması üçün var gücümüzlə çalışırıq. Bu insanlar sevdiklərinə qovuşana qədər dayanmayacağıq" deyib. Abdullahiyan İran dövlət televiziyasına verdiyi açıqlamada, "Ötən ilin martından ABŞ-la dolayı danışıqlar yolu ilə sənəd imzalanıb və təsdiqlənib. İndi onun həyata keçirilməsi üçün zəmin hazırlanıb. Amerika tərəfi bizim üçün hər şey hazırdır" deyib. 2020-ci ilin oktyabrında İranda casusluq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilmiş 85 yaşlı İran əsilli ABŞ vətəndaşı Məhəmməd Bakir Namazi humanitar səbəblərlə azadlığa buraxılıb və ölkəni tərk edib. Namazinin oğlu Siyamək Namazi hazırda İranda casusluq ittihamı ilə həbsdədir.