BƏƏ Türkiyə və Suriyaya 217 təyyarə yardım göndərib- ÖZƏL
13 Mart 2023 11:34 DünyaOlaylar.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ ilə əlaqədar 217 təyyarə ilə Türkiyə və Suriyaya yardım materialları çatdırıb. BƏƏ Müdafiə Nazirliyinin Tvitter hesabından edilən açıqlamada BƏƏ prezidentinin göstərişi ilə Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində zərər görənlərə dəstək məqsədilə başladılan "Yiğit Süvari 2" əməliyyatı ilə bağlı məlumat verilib.
Bəyanatda həmçinin qeyd olunub ki, BƏƏ Qızıl Aypara Cəmiyyətinin sədri Şeyx Həmdan bin Zaidin göstərişi ilə 37 min 500 ərzaq bağlaması daşıyan gəmi Suriyanın Latakiya limanına çatıb. Ərzaq bağlamalarının Suriya Qızıl Aypara Cəmiyyəti ilə koordinasiya əsasında zəlzələdən zərər çəkmiş bölgələrə çatdırılacağı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31