Səudiyyə Ərəbistanı: İranla razılaşma bütün məsələlərin həll olunması demək deyil- ÖZƏL
13 Mart 2023 11:25 DünyaSəudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan deyib ki, İranla diplomatik münasibətlərin bərpası haqqında razılaşma bütün məsələlərin həll olunduğu anlamına gəlmir. Səudiyyə Ərəbistanının dəstəklədiyi "Sarkul Evsat" qəzetinə danışan Bin Ferhan, "İranla razılaşma məsələləri dialoq və diplomatiya yolu ilə həll etmək üçün ortaq istəyin göstəricisidir" deyib. "İki ay ərzində İranla əlaqələri bərpa etməyə hazırlaşdıqlarını" qeyd edən Bin Ferhan gələcəkdə qarşılıqlı səfərlərin edilə biləcəyini bildirib.O, Səudiyyə Ərəbistanı ilə İran arasında əldə olunan razılaşmada Çinin roluna toxunaraq, "Bölgədə təhlükəsizlik və sabitlik mühitinin yaradılmasında Pekin və Tehranla ortaq maraqlarımız var" ifadəsini işlədib. İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər. İki ölkə arasında əldə olunan razılaşma martın 10-da İran, Səudiyyə Ərəbistanı və Çinin birgə bəyanatında açıqlanıb.