10 min insan meydana AXIŞDI

Çexiyanın paytaxtı Praqanın mərkəzində, Vatslas meydanında 10 min nəfərin iştirakı ilə mitinq keçirilib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "İdnes.cz" xəbər portalı məlumat yayıb.

Məlumata görə, mitinq keçirilməsinə Çexiyada qiymət artımı səbəb olub.

Etirazçılar qiymət artımını və inflyasiyanı dayandırmağı tələb ediblər. Eyni zamanda, nümayişçilər Ukrayna böhranının sülh yolu ilə həllinə və Çexiyadan Ukraynaya silah ötürülməsinə son qoymağa çağırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31