Təhlükəli PKK terrorçusunun məhv edildiyi AÇIQLANDI

Türkiyə Daxili İşlər Nazirliyi şənbə günü İnterpolun qırmızı bülleteni ilə axtarışda olan təhlükəli PKK terrorçusu Hamiyyət Yalçınkayanın məhv edildiyini açıqlayıb.

Olaylar.az bildirir ki, bu barədə Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir.

DİN rəhbəri Süleyman Soylu bildirib ki, terrorçu Şırnakın cənub-şərqindəki Bestler-Dərələr bölgəsində məhv edilib.

"Leyla Amed" ləqəbi ilə tanınan H.Yalçınkaya terror təşkilatı sıralarında Botan bölgəsinə görə "məsul" sayılırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31