Terror aktı: İki jurnalist həlak oldu

Bu gün Əfqanıstanın Məzari-Şərif şəhərində "Əfqanıstanın səsi" (AVA) informasiya agentliyinin binasında partlayış törədilib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, partlayış binada mətbuat konfransı keçirilən zaman baş verib. Nəticədə 2 jurnalist ölüb, 32 nəfər isə yaralanıb. Hadisə yerinə gələn Əfqanıstanın təhlükəsizlik qüvvələrinin nümayəndələri partlayışın terror aktı olduğunu bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31