Parisdə etiraz aksiyasından öncə 5 nəfər HƏBS EDİLDİ
11 Mart 2023 18:44 DünyaParisdə polislər pensiya islahatlarına etiraz olaraq keçirilən nümayişdən əvvəl beş nəfəri saxlayıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə prefektura polisinin "Twitter" səhifəsindəki paylaşımda deyilir.
"Nümayişlər - 11 mart 2023-cü il. Saat 14:00-da aksiyadan əvvəl 3000 yoxlama aparılıb. Beş nəfər həbs edilib", - deyə paylaşımda bildirilir.
Qeyd edək ki, pensiya islahatlarına qarşı etiraz aksiyası Parisin mərkəzində yerləşən Respublika meydanında yerli vaxtla saat 14:00-da başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31