"Rusiya bu ölkədə çevrilişə hazırlaşır"
10 Mart 2023 23:08 DünyaRusiya kəşfiyyatı ilə əlaqəsi olan şəxslər Moldovada hökuməti devirmək və daha çox rusiyayönlü hökumət qurmaq üçün etiraz aksiyaları keçirməyi planlaşdırırlar.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN-ə Ağ Evin adı açıqlanmayan rəsmi nümayəndələri məlumat verib.
Bildirilib ki, Rusiya Avropa Birliyi ilə sıx əlaqələr qurmağa çalışan Moldova hökumətini zəiflətməyə çalışır.
Vaşinqton Rusiya hökuməti ilə əlaqəsi olan şəxslərin Moldovada hökumət əleyhinə nümayişçilərə hazırlıq keçə biləcəyinə dair əlamətlər görür.
Amerika tərəfi hesab edir ki, Rusiya Moldovada sabitlik haqqında dezinformasiyanın yayılmasına şərait yaradır. Buna misal olaraq Rusiya Müdafiə Nazirliyinin Ukraynanın guya Dnestryanı işğal etməyi planlaşdırdığı barədə bəyanatını göstərmək olar.
ABŞ rəsmiləri iddiaların əsassız, yalan olduğunu bildirib.