Ukrayna Artyomovsk yaxınlığında qoşunlarının sayını artırır - ÖZƏL
10 Mart 2023 14:28 Dünya"Kiyev Donetsk Xalq Respublikasının (DXR) Artyomovsk (Ukraynada Baxmut adlanır) şəhəri yaxınlığında qoşunlarının sayını artırır".
Olaylar.az xəbər verir ki, bunu Luqansk Xalq Respublikasının (LXR) xalq milisinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko bildirib.
"Düşmən Artyomovskdan şimal-qərbdə və cənub-qərbdə öz qoşunlarını gücləndirir. Qoşunların sayına və texnikanın miqdarına görə, Artyomovsk yaxınlığında yerləşən Ukrayna qoşunları həm müdafiə, həm də hücum əməliyyatları keçirməyə qadirdi" - o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31