Zelenskinin evi imkansız ailəyə hədiyyə ediləcək - Açıqlama

Ukrayna prezidenti Volodimir Zelenskinin evi imkansız ailəyə veriləcək.

Lukaşenko Belarusda ölüm hökmünü bərpa etdi

Olaylar.az Sfera.az-a istinadən bildirir ki, bunu Krım Respublikasının rəhbəri Sergey Aksenov deyib. Söhbət Ukrayna liderinin Krımın cənub sahilində yerləşən Livadiya kəndindəki mənzilindən gedir.

"Zelenskinin mənzilini əlindən almaq hələ son deyil. Bizim məqsədimiz ukraynalıları məğlub etməkdir. Nəticə olaraq, mənzil hər halda krımlılardan birinə - ya aztəminatlı ailələrə, ya da çoxuşaqlı ailələrə veriləcək", - Sergey Aksenov qeyd edib.

O, həmçinin vurğulayıb ki, düşmənə gəlir gətirə bilən obyektlərin milliləşdirilməsi planlaşdırılır.

Xatırladaq ki, bir neçə il bundan öncə Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zeklenskayanın Krımda elit "penthaus" (yaşayış binasının yuxarı mərtəbəsində çoxmərtəbəli mənzil) aldığı ortaya çıxmışdı. Qara dəniz sahillərində Livadiya kəndində yerləşən üçmərtəbəli "penthaus" eks-deputat, oliqarx Aleksandr Buryaka məxsus olub. Tərəflər arasında alış-veriş 2013-cü ilin aprelində baş tutub.

Daşınmaz əmlakın dəyəri 163 milyon 893 min dollardır. Mənzil Zelenskinin adına qeydiyyatdadır .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31