Kayseridə 4,8 ballıq zəlzələ oldu - VİDEO

Türkiyənin Kayseri şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, zəlzələ şəhərin Hacılar adlı ərazisində qeydə alınıb. 

Yeraltı təkanlar nəticəsində xəsarət alanların olmadığı bildirilir. Zəlzələ anı kameralara da əks olunub.

Xatırladaq ki, martın 7-si Kayseridə ard-arda 3 zəlzələ baş verib.

 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31