Gürcüstanda etirazçılar hakimiyyətə yeni ULTİMATUM

Gürcüstanda etirazçılar hakimiyyətə yeni ultimatum veriblər.

Olaylar.az APA-ya istinadən bildirir ki, onlar hökumətin istefa verməsini tələb ediblər.

Qeyd edək ki, martın 6-da Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu birinci oxunuşda qəbul edib. Təşəbbüs gəlirlərinin 20 faizindən çoxunun xaricdən gəldiyi təqdirdə qeyri-kommersiya hüquqi şəxslərin və medianın xarici agent statusunu almasını nəzərdə tutur.

Bundan sonra parlamentin qərarı ilə razılaşmayan yüzlərlə insan Tiflis küçələrinə axışıb - onlar başqa şeylərlə yanaşı, "Rusiya qanunlarına yox" şüarları səsləndiriblər. Sakinlər qanun layihəsinin qəbulunu ölkənin qərbyönümlü kursundan yayınma kimi qiymətləndiriblər. Hakimiyyət sonradan qanunu ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31