Türkiyədə ağır qəza: 7 nəfər öldü

Türkiyənin Malatya şəhərinin Darende rayonunda yük maşını yoldan çıxaraq aşıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər ölüb.

Bildirilib ki, həlak olanların hamısı yük avtomobilinin sərnişinləri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31