İtaliyada güclü zəlzələ BAŞ VERDİ

İtaliyanın mərkəzi hissəsində 5 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Umbria regionunun paytaxtı 120 min nəfər əhalisi olan Peruca şəhərindən 20 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı isə 2 kilometr dərinlikdə olub.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31