"Müharibəni daha iki il davam etdirmək üçün kifayət qədər resurs var"

Rusiyanın Ukraynaya qarşı yüksək intensivli müharibəni daha iki il davam etdirmək üçün kifayət qədər resursu var.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Litva hərbi kəşfiyyatının rəhbəri Eleqius Pavlaviçyus bildirib.

"Rusiyanın hazırda malik olduğu resurslar müharibəni indiki intensivliklə iki il davam etdirmək üçün kifayət edərdi.

Rusiyanın nə qədər müddətə müharibə apara biləcəyi həm də İran, Şimali Koreya kimi dövlətlərin dəstəyindən asılı olacaq", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31