Səudiyyə Ərəbistanı Ukraynadakı vəziyyəti həll etmək üçün hər cür səy göstərəcək - ÖZƏL

"Səudiyyə Ərəbistanı Ukrayna böhranı ilə bağlı mövqeyini təsdiqləyib və onun həlli üçün hər cür səy göstərməyə hazırdır".

Olaylar.az xəbər verir ki, bunu, krallığın xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud bildirib.

"Biz cənab nazir ilə Ukraynadakı vəziyyəti müzakirə etdik. Biz böhranın siyasi həlli, bu ölkədə böhranın yaratdığı humanitar problemlərin, xüsusilə də ona təsir edən problemlərin yumşaldılması ilə bağlı mövqeyimizi bir daha bəyan etdik. Səudiyyə Ərəbistanı bu böhranı həll etmək üçün hər cür səy göstərməyə hazırdır", - baş diplomat bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31