Fransada atom elektrik stansiyasında çat aşkarlanıb- ÖZƏL

Fransada Penly 1 Atom Elektrik Stansiyasında çat aşkar edildikdən sonra bir çox reaktorun fəaliyyəti dayandırılıb. Fransanın enerji təminatçısı EDF, Seine-Maritime bölgəsindəki Penly 1 Atom Elektrik Stansiyasında reaktorun qəza su borusunda gözləniləndən daha böyük çatlaq müşahidə edildiyini açıqladı. Çatın aşkarlanması ilə, təhlükəsizlik səbəbiylə sözügedən elektrik stansiyası da daxil olmaqla bir çox nüvə stansiyasındakı reaktorların fəaliyyəti dayandırıldı. Çatlamanın 2021-ci ildə bir çox reaktorda aşkar edilən korroziya ilə əlaqəli olduğu düşünülür. Fransa Nüvə Təhlükəsizliyi Təşkilatının (ASN) direktoru Julien Collet də fəaliyyətlərin dayandırılmasının aylarla davam etməyəcəyini bildirib. Fevralın 13-də Lion şəhərini elektrik enerjisi ilə təmin edən ölkənin ən qədim atom elektrik stansiyasında radioaktiv sızma aşkar edilib. EDF, 2022-ci ilin dekabrında Liondan 30 kilometr uzaqlıqda yerləşən Bugey Atom Elektrik Stansiyasında iki reaktorun tullantı sularında aparılan ölçmələrdə yüksək səviyyədə tritium sızmasının müşahidə edildiyini bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31