Daha bir ölkədən TikTok xəbərdarlığı- ÖZƏL

Çexiya Milli Kiber və İnformasiya Təhlükəsizliyi Agentliyi (NUKIB), Çinin dünya miqyasında sosial media platforması olan TikTok ilə kritik kommunikasiya və ya infrastruktur sistemlərinin cib telefonları kimi cihazlarda dinlənə biləcəyi barədə xəbərdarlıq edib. NUKIB TikTok tətbiqinin mümkün təhlükələri ilə bağlı açıqlama verib. Açıqlamada, tətbiqin istifadə edildiyi cihazlar vasitəsilə kritik infrastruktur sistemlərinin və kommunikasiya elementlərinin dinlənə biləcəyi xəbərdarlığı edilib. Söz mövzusu tətbiqin böyük kütlələr tərəfindən istifadə edildiyinə diqqət çəkən şərhdə, istifadəçilərdən bu vəziyyəti nəzərə almaları istəndi.Artıq, Daxili İşlər Nazirliyinin əməkdaşları tətbiqdən istifadə edə bilməyəcəklər. TikTok ilə bağlı təhlükəsizlik problemləri əvvəllər də müxtəlif ölkələrdə gündəmdə olub və ABŞ, Avropa Birliyi qurumları və Kanadada dövlət qurumlarında çalışanların bu tətbiqdən istifadə etməsi qadağan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31