Ukrayna Zaporojye nüvə stansiyasının elektrik enerjisini kəsir - ÖZƏL
9 Mart 2023 14:41 Dünya"Ukrayna Enerqodar şəhərindəki Zaporojye Atom Elektrik Stansiyasına elektrik enerjisini kəsib".
Olaylar.az xəbər verir ki, bunu "Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqov bildirib.
"Ukrayna səhər saat 4:53-də Zaporojye AES-ə qalan sonuncu elektrik xətti ilə təchizatı kəsib. Bunun atışma hücumları ilə heç bir əlaqəsi yoxdur, ərazidə elektrik enerjisinin kəsilməsinə səbəb ola biləcək heç nə baş verməyib. Bu, sadəcə Kiyevin sırf kinli hərəkətidir" - Roqov qeyd edib.
O, əlavə edib ki, AES dizel generatorlarına keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31