"Rusiya Qərb ölkələri ilə birbaşa hərbi münaqişə istəmir"

Rusiya Qərb ölkələri ilə birbaşa hərbi münaqişə istəmir, lakin Ukraynada eskalasiya riskləri hələ də yüksəkdir.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ xüsusi xidmət orqanlarının illik qiymətləndirməsində deyilir.

"Rusiya yəqin ki, ABŞ və NATO qüvvələri ilə birbaşa hərbi münaqişə istəmir, lakin bunun baş verməsi üçün potensial var.

Rusiya rəhbərliyi indiyədək Ukraynadakı münaqişənin bu ölkənin hüdudlarından kənara da genişlənməsinə səbəb olacaq hərəkətlərdən yayınıb. Lakin eskalasiya riskləri əhəmiyyətli olaraq qalır", - sənəddə deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31