Etirazçılar Tbilisinin mərkəzində parlamentin binasını mühasirəyə alıblar - VİDEO
8 Mart 2023 22:59 DünyaTbilisinin mərkəzində etirazçılar ölkə parlamentinin binasını mühasirəyə alıblar.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, etirazçıların bir hissəsi parlament binasının girişinin qarşısındakı hasarı aşmağa çalışır.
Daha əvvəl etirazçılar hakimiyyətdən "xarici agentlər" haqqında qanun layihəsini geri çəkməyi və dünənki aksiyada saxlanılanların azad edilməsini tələb ediblər.
Qeyd edək ki, Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsinin parlament tərəfindən qəbul edilməsinə qarşı etiraz aksiyaları davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31